"Benfika"da yeni müqavilə
04.04.2024 - 23:20
"Benfika"da yeni müqavilə

"Benfika" yarımmüdafiəçisi Anxel Di Mariya ilə danışıqlara başlayıb.

Apasport.az xəbər verir ki, tərəflər sözləşmənin müddətini uzatmaq niyyətindədir. Yeni sövdələşmənin 2025-ci ilə qədər olması nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ilin iyulunda argentinalı oyunçu Lissabon klubuna qayıdıb.

Bu mövsüm o, Portuqaliya təmsilçisinin heyətində bütün turnirlərdə 41 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0