"Benfika"dan "Dallas"a keçir
29.01.2024 - 00:59
"Benfika"dan "Dallas"a keçir

"Benfika"nın futbolçusu ABŞ-a gedir.

Apasport.az xəbər verir ki, hücumçu Petar Musa “Dallas”a getməyə hazırlaşır.

İki klub arasındakı danışıqların müsbət yekunlaşdığı bildirilir. Amerika klubu 25 yaşlı xorvatiyalının keçidi qarşılığında qarşı tərəfə 10+3 milyon avro ödəyəcək.

Qeyd edək ki, cari mövsüm 14 matçda 5 qol vuran Petar Musa 2 məhsuldar ötürməyə də imza atıb.

writer photo
Əlirza Əlirzalı
0