Nani klubunu tərk etdi
09.07.2022 - 10:24
Nani klubunu tərk etdi

Portuqaliyalı məşhur futbolçu Nani “Venesiya”nı tərk edib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verib.

B seriyası təmsilçisi ilə sağollaşan Nani karyerasını bitirmək niyyətində deyil. Ulduz futbolçunun meneceri hazırda bir neçə klubla danışıq aparır.

Qeyd edək ki “Venesiya”ya bu il keçən Nani 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0