PSJ-nin sabiq futbolçusu Jean Mişel Larquenin açıqlaması mətbuatda marağa səbəb olub.
Apasport.az xəbər verir ki, keçmiş futbolçu Kərim Benzemanın "Real"dan ayrılması barədə danışıb.
O hesab edir ki, Benzema "Los Blancos"dan ayrıldığı üçün peşmandır: "Mən bəzən Səudiyyə Ərəbistanındakı matçlara baxıram. Futbolçuların karyeralarını bu şəkildə bitirməsi kədərlidir. Bu, məğlub döyüşdür. Benzemada artıq qalib gəlmək iradəsi yoxdur. Çox güman ki, o, "Real"dan ayrıldığına görə peşmandır. Digər tərəfdən, "Real"da daha bir il də uğursuzluqla nəticələnə bilər".
Qeyd edək ki, ötən yay fransalı hücumçu Kərim Benzema İspaniya nəhəngindən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.