Benzemaya ərəblərdən 200 milyonluq təklif
29.05.2023 - 16:24
Benzemaya ərəblərdən 200 milyonluq təklif

Madrid “Real”ının hücumçusu Kərim Benzema yeni təklif alıb. 

Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti 35 yaşlı fransıza yerli klublardan biri ilə 2 mövsümlük müqavilə qarşılığında 200 milyon avro maaş təklif edib.

Benzema təklifi qəbul edəcəyi halda Səudiyyə Ərəbistanı, Yunanıstan və Misirin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə müraciətində səfir də olacaq.

Hələlik forvardın bu çağırışa nə cavab verdiyi açıqlanmır.  

Qeyd edək ki, Kərim bu mövsüm “Real ” forması ilə  42 matça çıxaraq, 30 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0