Benzemaya ittiham
18.10.2023 - 12:11
Benzemaya ittiham

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema terror təşkilatı ilə əlaqədə ittiham olunur. 

Apasport.az xəbər verir ki, bunu Fransa Daxili İşlər Nazirliyi iddia edir.

Ulduz forvard İsraillə münaqişədə Fələstini dəstəklədiyini bildirdiyi üçün hər yerdən tənqidlərə məruz qalıb. Ciddi ittihamlarla üzləşən Benzema daxili işlər nazir Gerald Darmaninin də hədəfinə düşüb. O, hücumçunu “Müsəlman Qardaşlar” adlı terror qruplaşması ilə əlaqədə olmaqda ittiham edir.

Qeyd edək ki, futbolçu sosial şəbəkədə Qəzza zolağında bütün partlayışların dayandırılmasını tələb edən paylaşım edib.
 

writer photo
Əlirza Əlirzalı
0