Luis Enrikedən tələb: 8 milyon
29.05.2023 - 14:52
Luis Enrikedən tələb: 8 milyon

“Napoli” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, komandaya çempionluq qazandıran Luçano Spallettinin postunu tərk etməyə qərar verməsindən sonra neapollular Luis Enrike ilə danışıqlar aparır.

Lakin ispaniyalı mütəxəssis A seriyası təmsilçisinə maaş tələbi qoyub. O, ildə 8 milyon avro qazanmaq istəyir. Vergiləri də ödəməli olacaq klubun maaşa görə illik xərci 11,5 milyona çatacaq.

“Napoli” rəhbərliyi Enrikenin tələbini götür-qoy edir. Amma digər namizədlərlə də danışıqlar dayandırılmayıb.

Qeyd edək ki, “Fiorntina”nın baş məşqçisi Vinçentso İtalyano, “Porto”ya rəhbərlik edən Serjio Konseysao və “Bolonya”da çalışan Tyaqo Motta da neapolluların namizədlər siyahısında yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0