Asmir Beqoviç “Çelsi”nin transfer siyasətini tənqid edib.
Apasport.az saytı xəbər verir ki, “zadəganlar”ın sabiq qapıçısı komandaya gətirilən bir çox futbolçunu tanımadığını deyib.
QPR-in şərəfini qoruyan 36 yaşlı bosniyalı qolkiper bildirib ki, London klubunun son iki mövsümdə transferlərə 1,07 milyard avro xərcləsə də, nəticə qazana bilməyib: “Əgər siz Kaysedonun alınmasına 115 milyon xərcləyirsənizsə, deməli, Raysı 120 milyona almaqda çətinlik çəkməməlisiniz. Bəzi oyunçulara baxıb düşünürsən: Deklan başqa yerə necə getdi? Bu kimi oyunçular keçmişdə "Çelsi"yə gəliblər, ən yaxşı oyunçular. Mən dəli kimi futbola baxıram və bu oyunçuların yarısını tanımıram. Bu qəribədir, çox qəribədir”.
Qeyd edək ki, Beqoviç 2015-2017-ci illərdə "Çelsi"də çıxış edib. 33 matçda meydana çıxan çərçivə qoruyucusu 10 oyunda qapısını qola bağlaya bilib.