Beqoviç “Mançester Yunayted”in hədəfində
18.08.2022 - 14:19
Beqoviç “Mançester Yunayted”in hədəfində

“Mançester Yunayted” qapıçı axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Din Hendersonun “Nottinhem Forest”ə icarəyə verilməsindən sonra klub rəhbərliyi yeni qolkiper almağa qərar verib.

“Qırmızı şeytanlar”ın əsas namizədi Asmir Beqoviçdir. Bosniya və herseqovinalı əlcək sahibi David de Xeanın əvəzləyicisi olmağa yaxındır. 35 yaşlı qapıçının böyük təcrübəyə malik olması da mançesterlilərin seçimində rol oynayıb.

Lakin “Everton”un baş məşqçisi Frank Lempard Beqoviçi buraxmaq fikrindən uzaqdır. O, qapıçının komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, ötən mövsüm 3 oyuna çıxan Beqoviç karyerası ərzində bir sıra klubların, o cümlədən Azərbaycan çempionu “Qarabağ”ın da heyətində çıxış edib. 
 

writer photo
Əlirza Əlirzalı
0