Bu gün İngiltərə kubokunda “Oksford”la “Arsenal” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, futbol veteranı Roman Pavlyuçenko bu görüşə proqnoz verib.
Rusiya millisinin sabiq üzvü bu qarşılaşma üçün ən optimal mərc variantını açıqlayıb:
“Oksford” aşağı liqada da yaxşı oynamır. Komanda orada ortabab sayılır. Bu kluba “Arsenal”ın istənilən heyəti ilə mübarizə aparmaq çox çətin olacaq.
Premyer Liqanın liderinin kubok sınağına bütün liderlərini buraxacağına inanmıram. Amma bu durumda da matçdan hər hansı intriqa gözləmirəm. Fikrimcə, meydan sahibləri topa da həsrət qalacaq. “Topçular”ın 2,21 əmsalla dəyərləndirilən darmadağınla qələbəsinə mərc edirəm.
Proqnozum: Fora2 (-2,5)