"Beşiktaş" 5 futbolçunu yola salır - İddia
16.02.2024 - 18:24
"Beşiktaş" 5 futbolçunu yola salır - İddia

“Beşiktaş” yeni mövsümün hazırlıqlarına start verib.

Apasport.az xəbər verir ki, İstanbul klubunda rəhbərlik baş məşqçi Fernando Santuşun raportuna əsasən bəzi futbolçularla yolların ayrılacağını bildirlir.

İddialara görə, mövsümün sonunda müqaviləsi başa çatacaq Cenk Tosun, Salih Uçan, Rəşid Qəzzal və Umut Meraşla razılaşmaların müddəti artırılmayacaq. Xüsusilə, Cenk və Salihin maaşının artmasını tələb etməsi, Qəzzal və Meraşın isə zəif çıxışı portuqaliyalı mütəxəssisin bu qərarı verməsinə səbəb olub. 

Bundan başqa, hazırda icarə əsasında “Antalyaspor”un formasını geyinən Emrecan Uzunhan da satışa çıxarılacaq.

writer photo
Əlirza Əlirzalı
0