“Beşiktaş” “Çelsi”nin futbolçusunu istəyir
16.11.2022 - 15:43
“Beşiktaş” “Çelsi”nin futbolçusunu istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Mərakeş millisinin futbolçusu “Beşiktaş”ın maraq dairəsindədir.

İstanbul klubuna yenidən baş məşqçi təyin olunan Şenol Güneş rəhbərliklə görüşündə orta sahənin gücləndirilməsini tələb edib. Təcrübəli mütəxəssis Ziyeşin mümkün keçidinin ingilislərlə müzakirə edilməsini istəyib. “Ağ-qaralar” 29 yaşlı futbolçunu qışda yarım mövsümlük icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Hakim Ziyeşin “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0