"Beşiktaş"dan Milik həmləsi
12.07.2024 - 14:55
"Beşiktaş"dan Milik həmləsi

İmmobile transferini uğurla tamamlayan “Beşiktaş” İtaliya həmlələrini davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul klubunun bu dəfəki hədəfi Arkadiuş Milikdir. 

Milik hazırda “Yuventus”un formasını geyinir. 30 yaşlı təcrübəli hücumçunun komandası ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Onun hazırkı bazar dəyəri 6 milyon avrodur.

Qeyd edək ki, polşalı futbolçu ötən sezon 36 oyuna çıxıb, 8 qol və 1 qol ötürməsinə nail olub.
 

writer photo
Əlirza Əlirzalı
0