“Betis” Arda Güləri istəyir
05.09.2023 - 15:43
“Betis” Arda Güləri istəyir

Türkiyəli gənc futbolçu Arda Güləri icarəyə götürmək istəyən klubun adı açıqlanıb. 

Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ında zədə səbəbindən debüt edə bilməyən 18 yaşlı yarımmüdafiəçi “Betis”in maraq dairəsindədir.

Futbolçuya “11-lik”də oynamaq sözü verən Sevilya təmsilçisinin məşqçilər korpusu həm İspaniya futboluna uyğunlaşmaq, həm də təcrübə toplamaq üçün komandalarının ideal variant olduğunu düşünürlər. Lakin Madrid klubunda baş məşqçi Karlo Ançelotti Güləri buraxmaq niyyətində deyil. İtaliyalı mütəxəssis mövsümün gedişində Ardaya şans verməyi planlaşdırır.

Qeyd edək ki, yay transfer pəncərəsində “Fənərbaxça”dan “Real”a yollanan futbolçu 2029-cu ilin yayına kimi müqaviləyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0