Bombardirin Premyer Liqa arzusu
28.12.2023 - 22:34
Bombardirin Premyer Liqa arzusu

“Ştutqart”ın futbolçusu Seru Qirassi Almaniya klubundan ayrılmaq arzusundadır.

Apasport.az xəbər verir ki, Qvineya millisinin hücumçusu İngiltərə Premyer Liqasında oynamaq arzusundadır.

27 yaşlı forvard digər ölkələrdən də təkliflər alıb. Lakin Seru yalnız Premyer Liqada oynamağa qərar verib.

Qeyd edək ki, cari mövsümün 15 oyununda 18 qol vuran Seru komandasının bombardiridir.
 

writer photo
Əlirza Əlirzalı
0