Bonuççiyə iki təklif
21.07.2023 - 12:51
Bonuççiyə iki təklif

Leonardo Bonuççi “Yuventus”u tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi iki klubdan təklif alıb.

36 yaşlı veteranın xidmətində “İnter”lə “Latsio” maraqlıdır. “Yuventus”un əsas komandasının məşqlərindən kənarlaşdırılan müdafiəçi də klubunu dəyişmək istəyindədir.

Qeyd edək ki, Bonuççi ötən mövsümün 26 matçında 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0