Bosa İngiltərədən dəvət
18.10.2022 - 16:54
Bosa İngiltərədən dəvət

“Vulverhempton” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun namizədlər siyahısında yer alan iki mütəxəssisin adı bəlli olub. 

Bunlar “Lion”un baş məşqçisi Piter Bos və “Kuins Park Reyncers”dən Maykl Bildir. Bos bu posta favorit hesab olunur. 58 yaşlı niderlandlı ilə iki illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, “canavarlar” Bruno Lajeni istefaya göndərəndən sonra baş məşqçisiz qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0