Brandt yeni müqaviləyə imza atdı
11.04.2023 - 22:13
Brandt yeni müqaviləyə imza atdı

Dortmund "Borusiya"sının yarımmüdafiəçisi Yulian Brandt klubu ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, yeni müqavilə 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub.

Qeyd edək ki, Yulian Brandt "Bayer"in yetirməsidir. O, 2019-cu ildən "Borusiya"da çıxış edir. Alman futbolçu bu mövsüm Dortmund klubunda bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0