“Brayton”un hücumçusu özünə klub tapdı
03.08.2023 - 17:13
“Brayton”un hücumçusu özünə klub tapdı

“Brayton”un futbolçusu Aron Konnolli komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu “Hall Siti”yə keçib.

İrlandiyalı forvardla 1 illik müqavilə imzalanıb. Onun transferinin qiyməti açıqlanmayıb.

Qeyd edək ki, Konnoli ötən mövsümün ikinci yarısını icarə əsasında “Hall Siti”də keçirib.

writer photo
Əlirza Əlirzalı
0