Braziliyalı futbolçudan "Real"a ultimatum
21.01.2024 - 14:24
Braziliyalı futbolçudan "Real"a ultimatum

Vinisius Junior “Real”ı tərk edə bilər.

Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu Klian Mbappenin Madrid klubuna transfer olunmasını istəmir.

Braziliya millisinin üzvü PSJ-nin forvardı İspaniyaya gələcəyi təqdirdə komanda rəhbərliyini “Real”ı tərk edəcəyi ilə hədələyib. İddialara görə o, bu zaman atasına verdiyi sözü yerinə yetirərək “Flamenqo”ya keçəcək. Forvard 2017-2018-ci illərdə "Flamenqo"nun əsas komandasında çıxış edib. O, 2005-ci ildə Braziliya klubunun akademiyasına qoşulub.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 17 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Real"la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0