Bu dəfə “Beşiktaş”a
15.08.2023 - 22:47
“Neftçi”nin Konfrans Liqasındakı rəqibi növbəti transferi reallaşdırıb.
Apasport.az saytı xəbər verir ki, “Beşiktaş” Milot Raşisa ilə razılıq əldə edib.
Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən kosovalı futbolçu bu dəfə İstanbulun digər nəhəngində çıxış edəcək. Onun məxsus olduğu “Norviç” bu transferdən 5 milyon avro qazanacaq. Milot “Beşiktaş”da ilə 2 milyon avro maaş alacaq. 27 yaşlı yarımmüdafiəçi sabah 4 illik rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Raşisa ötən mövsüm Türkiyə Superliqasında 30 oyunda 6 qol və 7 ötürmə ilə yadda qalıb.
0
0