“Bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik" - İsmail Kartal
12.04.2024 - 00:27
“Bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik" - İsmail Kartal

"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal "Olimpiakos"a səfərdə 2:3 hesabı ilə məğlub olduqları matç haqda danışıb. 

Apasport.az mütəxəssisin verdiyini açıqlamanı təqdim edir:

“Bu gün bura üstün hesab qazanmaq üçün gəlmişdik. Əslində biz İstanbula qələbə qazanaraq qayıtmağı hədəfləyirdik. Oyuna çox yaxşı başladıq. İlk 6-7 dəqiqədə iki aydın mövqe tutduq. Hissənin sonlarına yaxın oyuna yenidən nəzarət etsək də, çox sadə qollar buraxdıq. Soyunub-geyinmə otağında danışdıq ki, matçı döndərə bilərik və vuracağımız qollarla İstanbula sərfəli nəticə ilə qayıda bilərik.

Yenə öz səhvimizdən 3-cü qolu buraxdıq, lakin buna baxmayaraq, oyundan imtina etmədik. Risk edərək etdiyim dəyişikliklərlə hesabı 3-2-yə çatdırdıq. İkinci hissədə əldə etdiyimiz epizodlarla  hesabı 3-3, hətta 4-3-ə çatdıra bilərdik. Düşünürəm ki, bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik".

writer photo
Əlirza Əlirzalı
0