Buffon futbola qayıdır
17.01.2024 - 13:58
Buffon futbola qayıdır

Əfsanəvi qapıçı Cianluici Buffon futbol fəaliyyətini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 45 yaşlı veteran qolkiper idman direktoru kimi çalışmaq istəyir.

Bunun üçün təcrübəyə ehtiyac duyduğunu deyən Buffon öz üzərində çalışdığını vurğulayıb:

“İdman direktoru olmaq futbolçu kimi 32 il yazılan səhifəni vərəqləmək deməkdir. Ancaq bunun üçün bu sahədə təcrübə ilə yanaşı, hüquqi, iqtisadi və idarəetmə ixtisaslarına da yiyələnmək vacibdir. Yaxşı mütəxəssis olmaq istəyirsinizsə, sadaladığım sahələri də mükəmməl bilməlisiniz. 

Qeyd edək ki, İtaliya millisi ilə 176 matçda iştirak edən Buffon karyerasını 2023-cü ilin avqustunda futbola başladığı “Parma”da bitirib. 

writer photo
Əlirza Əlirzalı
0