“Sərhədçi”nin baş məşqçisi: “Mövsümün ən yaxşı oyunlarından biri oldu”
04.04.2024 - 12:22
“Sərhədçi”nin baş məşqçisi: “Mövsümün ən yaxşı oyunlarından biri oldu”

Azərbaycan Basketbol Liqasında XVI turunun açılış matçı çərçivəsində “Xırdalan” “Sərhədçi” ilə üz-üzə gəlib. Oyun Xırdalan basketbolçularının qələbəsi ilə başa çatıb: 112:105.

Apasport.az xəbər verir ki, “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya matçdan sonra oyun barədə fikirlərini bildirib:

“İki komanda da hücum planında yaxşı idi. Əslində, hər şey bizim istədiyimiz kimi getdi. Bu oyunun hazırlıqları zamanı düşündüklərimizi meydanda göstərdik. 105 xal qazandıq və bu mövsümün rekordudur. Lakin 21 top itkimiz oldu. Bu da bizim məğlubiyyətimizə gətirib çıxardı. Statistikalarda rəqibdən daha yaxşı idik. Bütün periodlarda onlardan yaxşı olmuşuq. Amma çox bəsit top itkiləri uduzmağımıza səbəb oldu. Gücümüzü hər kəs gördü. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlarda daha yaxşı olmağa, istərsə çempionatda, istərsə də kubokda ən yaxşısını etməyə çalışacağıq. Pley-off şanslarımız davam edir. “Xırdalan” da yaxşı oyun keçirdi. Onları da təbrik edirəm”.

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq. “Sabah” “Şəki”ni, “Sumqayıt” “Xəzri”ni, “Gəncə isə “Cəlilabad”ı qəbul edəcək. Tura NTD-İNDİQO - “Neftçi” matçı ilə yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0