Buffondan vida qərarı
28.07.2023 - 16:25
Buffondan vida qərarı

Canluici Buffon karyerasını bitirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, “Parma”nın qapıçısı İtaliya Futbol Federasiyasından aldığı təklifi qəbul edib.

O, milli komandanın nümayəndə heyətinin rəhbəri olmağa razılıq verib. Səudiyyə Ərəbistanı və İtaliya klublarından da təklif alan 45 yaşlı veteran yığmada çalışmağı üstün tutub.

Qeyd edək ki, “Parma”nın yetirməsi olan Buffon “Yuventus” və PSJ-nin də formasını geyinib. İtaliya millisində 176 matça çıxan qolkiper 2006-cı ildə dünya çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0