Bundesliqada istefa
15.11.2023 - 17:48
Bundesliqada istefa

“Union” baş məşqçi Urs Fişeri istefaya göndərib.

Apasport.az xəbər verir ki, bunun səbəbi komandanın uğursuz çıxış etməsidir. 

Berlin təmsilçisi bu mövsüm 13 məğlubiyyət alıb. Bundesliqa klubu yalnız 2 qələbə qazana bilib və 1 heç-heçə edib.

Qeyd edək ki, isveçrəli mütəxəssis 2018-ci ildən kluba rəhbərlik edirdi.

writer photo
Əlirza Əlirzalı
0