Bundesliqada mövsümün futbolçusu açıqlandı
01.08.2022 - 00:36
Bundesliqada mövsümün futbolçusu açıqlandı

“Leypsiq”in hücumçusu Kristofer Nkunku Almaniya Bundesliqasında 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, səsvermə yerli jurnalistlər arasında aparılıb.

Fransalı forvard 134 səslə birinci olub. Nkunku bu yay “Barselona”ya keçən sabiq “Bavariya”lı Robert Levandovskini (128) 6 səs qabaqlayıb. Üçüncü yerdə “Ayntraxt”ın qapıçısı Kevin Trapp (65) qərarlaşıb.

Ən yaxşı məşqçi adını 276 səslə “Frayburq”un çalışdırıcısı Kristian Ştrayx qazanıb. Onun komandası ötən mövsüm Konfrans Liqasına vəsiqə verən 6-cı yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0