Çalov “Qalatasaray” və “Fənərbaxça”nın hədəfində
14.06.2023 - 20:43
Çalov “Qalatasaray” və “Fənərbaxça”nın hədəfində

Rusiyalı hücumçu Fyodor Çalov Türkiyə klublarının maraq dairəsinə düşüb.

Apasport.az-ın məlumatına görə, “Qalatasaray” və “Fənərbaxça” futbolçunu heyətinə qatmaq istəyir.

MOİK-də çıxış edən hücumçu təkliflər nəzərdən keçirir. Əgər tərəflər arasında razılaşma olarsa Çalov karyerasını Türkiyədə davam etdirəcək. Həm mərkəzdə, həm cinahda çıxış etməsi Fyodorun əlavə üstünlüyüdür.

Qeyd edək ki, forvard son mövsümdə 19 qol vuraraq, özünəməxsus rekordu yeniləyib. 
 

writer photo
Əlirza Əlirzalı
0