Canni İnfantino yenidən FİFA prezidenti seçildi
16.03.2023 - 13:23
Canni İnfantino yenidən FİFA prezidenti seçildi

FİFA-nın prezidenti Canni İnfantino yenidən bu vəzifəyə seçilib.

Apasport.az saytının məlumatına görə, bu, qurumun Ruandanın paytaxtı Kiqalidə təşkil olunan Konqresi çərçivəsində gerçəkləşib.

İsveçrəli funksioner seçkilərdə yeganə namizəd olub. Bu üzdən də İnfantino FİFA əsasnaməsinə uyğun olaraq səsvermə keçirilmədən prezident seçilib.

53 yaşını martın 23-də qeyd edəcək isveçrəli 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. O, həmin vaxt Növbədənkənar Konqresdə həmyerlisi Yozef Blatterin yerinə prezident seçilib.

Qeyd edək ki, İnfantino 2000-16-cı illərdə UEFA-da işləyib. O, qitə futbol qurumundakı son 7 ildə baş katib olub.

writer photo
Əlirza Əlirzalı
0