“Çelsi” Fofanadan əlini üzdü
24.08.2022 - 22:11
“Çelsi” Fofanadan əlini üzdü

Uesli Fofana “Çelsi”yə keçməyəcək.

Apasport.az saytının məlumatına görə, London klubu “Lester”in futbolçusunun keçidi ilə bağlı danışıqları dayandırıb.

Buna “tülkülər”in ardıcıl üçüncü təklifi qəbul etməməsi səbəb olub. Paytaxt təmsilçisi 21 yaşlı fransalının transferindən əlini üzüb. “Lester” oyunçusu üçün 95 milyon avro tələb edir.

Qeyd edək ki, Fofana ötən mövsümün 12 matçında 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0