Şahrudin Məhəmmədəliyev daha 3 il “Qarabağ”da
10.01.2023 - 19:50
Şahrudin Məhəmmədəliyev daha 3 il “Qarabağ”da

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb. 

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu yayıb. 

Bildirilib ki, 29 yaşlı qapıçı ilə imzalanmış yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da oynayır. 
 

writer photo
Əlirza Əlirzalı
0