“Çelsi” Kante ilə anlaşa bilmir
13.09.2022 - 00:24
“Çelsi” Nqolo Kante ilə yeni müqavilə barədə razılığa gələ bilmir.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə danışıqları hələ 2021-ci ildə klubun əvvəlki rəhbərliyi başlayıb.
Həmin vaxt fransalıya 3+1 illik anlaşma təklif olunub. İngiltərə klubunun yeni sahibləri isə Kante ilə 2+1 illik müqavilə bağlamaq fikrindədir. Bu da yarımmüdafiəçini qane etmir. O, uzunmüddətli sözləşmə imzalamaq fikrindədir.
Qeyd edək ki, müqaviləsi gələn yay başa çatacaq 31 yaşlı futbolçu ilə anlaşma uzadılmasa, Nqolo azad agent statusu ilə klubu tərk edəcək.
0
0