“Çelsi”dən 7,5 illik müqavilə
06.01.2023 - 10:10
“Çelsi”dən 7,5 illik müqavilə

İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytı xəbər verir ki, “zadəganlar” Fransanın “Monako” komandasından Benua Badyaşili transfer edib.

“Çelsi” 21 yaşlı futbolçu ilə 7,5 illik müqavilə imzalayıb. London təmsilçisi müdafiəçinin keçidinə görə fransızlara 38 milyon avro ödəyib.

Qeyd edək ki, Badyaşil Fransa milli komandasında 2 oyunda iştirak edib. Son 5 mövsümü “Monako”nun heyətində keçirən Benua 135 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0