“Çelsi”dən Çempionlar Liqası xəyalına vida
27.04.2023 - 09:25
“Çelsi”dən Çempionlar Liqası xəyalına vida

“Çelsi” 2023/24 mövsümündə Çempionlar Liqasında oynamayacaq.

Apasport.az saytının məlumatına görə, London klubu Avropanın bir nömrəli klub turnirinə vəsiqə qazanmaq şansını itirib.

Bu, İngiltərə Premyer Liqasının XXXIII turunda rəsmiləşib. “Brentford”a 0:2 hesabı ilə uduzan “zadəganlar” ilk “dördlüy”ə düşməyə nəzəri şanslarını da əldən verib.

11-ci pillədə qərarlaşan “Çelsi” Çempionlar Liqası zonasından 20 xal geri qalıb. 6 matçı qalan komanda bu fərqi aradan qaldıra bilməyəcək.

Qeyd edək ki, londonlular cari mövsümdə Çempionlar Liqası ilə 1/4 finalda vidalaşıb.

writer photo
Əlirza Əlirzalı
0