“Çelsi”dən növbəti TRANSFER
24.01.2023 - 16:06
“Çelsi”dən növbəti TRANSFER

İngiltərənin “Çelsi” klubu daha bir futbolçunu rənglərinə bağlayıb.

Apasport.az saytı xəbər verir ki, “zadəganlar” 
Fransa "Lion"undan müdafiəçi Malo Qusto ilə anlaşıb.

Londonlular 19 yaşlı futbolçu ilə də artıq detalları razılaşdırıblar. Lakin müqavilənin müddəti açıqlanmayıb. “Çelsi” Qustonun transferi ilə zədəli Ris Ceymsin yerini doldurmaq istəyir. 

Qeyd edək ki, “Lion” klubunun yetirməsi olan Qusto 2021-ci ildən əsas komandaya qoşulub. Oyunçu bu mövsüm 15 oyunda iştirak edərək bir qolun ötürməsini verib.
 

writer photo
Əlirza Əlirzalı
0