"Çelsi"nin sahibləri Fransada da klub almaq istəyir
24.02.2023 - 22:47
"Çelsi"nin amerikalı sahibləri "Strasbur" klubunu almaqda maraqlıdırlar.
Apasport.az xəbər verir ki, Fransa klubunun prezidenti Mark Keler bu yaxınlarda "Çelsi"nin bossları ilə potensial satışı müzakirə edib.
"Çelsi"nin prezidenti Todd Bouehli və tərəfdaşları "Strasbur"da 100% pay almaq niyyətindədirlər. İnvestorlar klubun sağlam maliyyə vəziyyətindən, eləcə də oyunçuların icarəyə verilmə potensialından razıdırlar.
Qeyd edək ki, "Strasbur" 24 matçdan sonra 21 xalla Liqa 1-də 15-ci yerdədir.
0
0