Çempion fransalı hücumçu transfer edir
16.07.2022 - 10:08
Çempion fransalı hücumçu transfer edir

PSJ heyətinə yeni hücumçu cəlb edir.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu “Reyms”in forvardı Uqo Ekitikenin transferi ilə bağlı razılığa gəlib.

Tərəflər transferin reallaşması üçün bütün vacib şərtləri razılaşdırıblar və müqavilə imzalanmazdan əvvəl 20 yaşlı oyunçu tibbi müayinədən keçəcək. Fransalı forvardın keçidi parislilərə 35 milyon avroya başa gələcək. Ekitike “Nyukasl”ın da maraq dairəsində olsa da, Fransada qalmağı üstün tutub.

Qeyd edək ki, Uqo Ekitike ötən mövsüm “Reyms”in heyətində 26 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib. O, Fransanın gənclər yığmasının üzvüdür.

writer photo
Əlirza Əlirzalı
0