Van Bronkhorst istefaya göndərildi
21.11.2022 - 14:44
Van Bronkhorst istefaya göndərildi

Şotlandiyanın “Reyncers” klubu baş məşqçisi Covanni van Bronkhorstla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu Qlazqo təmsilçisinin mətbuat xidməti açıqlayıb.

47 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Reyncers”i çalışdırırdı. Cari mövsümün 15 turundan sonra 33 xala malik qlazqolular turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Niderland yığmasının sabiq futbolçusu Qlazqo klubunadək “Feyenoord” və “Quançjou”nu çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0