“İnter”də vida: Müqaviləyə xitam verildi
09.08.2022 - 12:14
“İnter” futbolçusu Aleksis Sançeslə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Çilili hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 33 yaşlı futbolçu 2019-cu ildən şərəfini qoruduğu Milan təmsilçisində üç mövsüm keçirib.
Qeyd edək ki, Aleksisin “Marsel”ə keçəcəyi gözlənilir.
0
0