“Nyukasl” “Real”ın yetirməsini istəyir
12.07.2022 - 15:13
“Nyukasl” “Real”ın yetirməsini istəyir

“Espanyol”un hücumçusu Raul de Tomas karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” “Real”ın yetirməsinin transferində maraqlıdır.

Premyer Liqa təmsilçisi 28 yaşlı oyunçunun keçidi məsələsini Barselona klubu ilə müzakirə edir. Tərəflərin ortaq məxrəcə gəlməsi istisna edilmir.

Qeyd edək ki, Raul de Tomas “Espanyol”a 2020-ci ilin yanvarında “Benfika”dan 22,5 milyon avroya transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0