Çempionlar Liqası REKORDU
13.10.2022 - 13:13
Çempionlar Liqası REKORDU

“Brügge”nin qapıçısı Simon Minyole Çempionlar Liqasında rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, belçikalı qolkiper qrup mərhələsində “Atletiko” ilə oyunda 14 seyv edərək buna nail olub.

0:0 hesabı ilə yekunlaşan qarşılaşmanın qəhrəmanı olan Minyole 2003/04 mövsümündən bəri hesablanan seyv sayına görə rekordu müəyyənləşdirib.

Qeyd edək ki, “Brügge” sona iki tur qalmış 10 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib.

writer photo
Əlirza Əlirzalı
0