“Porto”nun futbolçusu Evanilson Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçu 40 dəqiqəyə het-trik edib.
O, qrup mərhələsində keçirilən “Antverpen” – “Porto” matçında fərqlənib. Görüşün 44-cü dəqiqəsində meydana çıxan gənc futbolçu het-trik edib.
Braziliyalı turnir tarixinə meydana sonradan daxil olan və het-trik edən 7-ci oyunçu kimi düşüb. Ona qədər Məhəmməd Salah ("Liverpul", 2022), Markus Reşford ("Mançester Yunayted", 2020), Kilian Mbappe (PSJ, 2019), Hosebe Lorente ("Vilyareal", 2008), Uolter Pandiani (“Deportivo”, 2011) və Uve Roysler ("Kayzerslautern", 1998) bu göstəriciyə imza atıblar.
Qeyd edək ki, “Porto” bu matçda 4:1 hesabı ilə qalib gəlib.