Çempionlar Liqasında 1/8 final cütlükləri dəqiqləşdi - YENİLƏNİB
18.12.2023 - 15:15
Çempionlar Liqasında 1/8 final cütlükləri dəqiqləşdi - YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. 

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Qrup qalibi olan komandalar ikinci yer sahibləri ilə üz-üzə gələcək. İlk matçlar qrup mərhələsində ikinci yeri tutanların meydanında keçiriləcək.

Çempionlar Liqası
1/8 final
“Porto” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)
PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)
“İnter” (İtaliya) - “Atletiko” (İspaniya)
PSV (Niderland) - “Borussiya” (D, Almaniya)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə)
“Leypsiq” (Almaniya) - “Real” (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsi 2024-cü ildə keçiriləcək. İlk oyunlar fevralın 13-14 və 20-21-də, cavab görüşləri martın 5-6 və 12-13-də baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0