ÇL-in bütün oyunlara düzgün mərc - 40 min 869 əmsallıq UDUŞ
27.10.2022 - 19:02
Çempionlar Liqasının dünən keçirilən oyunları proqnozsevərə ağlasığmaz sevinc bəxş edib.
Apasport.az saytının məlumatına görə, betterin 40 min 868,56 əmsallıq kuponu uduşlu olub.
Təkcə futbol deyil, hokkeyə də mərc edən rusiyalı proqnozsevər ümumilikdə 15 matça üstünlük verib. Çempionlar Liqasının V turunun səkkiz qarşılaşmasının hamısına mərc edən better bütün nəticələri düzgün tapıb.
O, cəmi 20 rublla (55 qəpik) risk edib. Yekunda onun uduşu 877 min 371 rubla (24 min 215,44 manat) bərabər olub.
0
0