Rişarilson “Real”la “İnter”in hədəfində
11.05.2023 - 13:27
Rişarilson “Real”la “İnter”in hədəfində

“Tottenhem”in futbolçusu Rişarilson yayda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “Real”la “İnter”in maraq dairəsinə düşüb.

Hər iki klub bu keçidi yayda reallaşdırmaq istəyir. Braziliyalı Premyer Liqanın cari mövsümündə 24 oyun keçirib. Onun hesabında 1 qol və 3 asssit var.

Qeyd edək ki, Rişarilson 2022-ci ilin yayında “Everton”dan “Tottenhem”ə keçib.

writer photo
Əlirza Əlirzalı
0