Con Terri “Çelsi”ni alır?
20.09.2023 - 12:07
Con Terri “Çelsi”ni alır?

Veteran futbolçu Con Terri son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, 42 yaşlı ingilis, keçmiş komandası “Çelsi”nin 10 faiz səhmini almağı planlaşdırır.

Keçmiş müdafiəçi dostları ilə birlikdə bu işin mümkünlüyünü araşdırır. London klubunun ortaqlarından olan Todd Boeli də bu satışı dəstəkləyir. O, əldə olunacaq gəlirlə klubun bazasını yenidən qurmaq niyyətindədir.  

Qeyd edək ki, 1998-2017-ci illər ərzində “Çelsi” forması geyinən Terri 492 matçda 41 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0