Danimarka millisinin baş məşqçisi istefa verib
19.07.2024 - 12:53
Kasper Yulmann Danimarka millisinin baş məşqçi postunu tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, 52 yaşlı mütəxəssis 2020-ci ildən Danimarka millisinə rəhbərlik edir.
Qeyd edək ki, Danimarka AVRO-2024-ün pley-off mərhələsində Almaniyaya 0:2 hesabı ilə məğlub olub.
0
0