Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar 
28.05.2024 - 16:36
Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar 

"Qarabağ"da bu yay bəzi ayrılıqlar baş tutacaq.

Apasport.az saytına verilən məlumata görə, Riçard Almeyda Braziliya B Seriyasında çıxış edə bilər. Milli komandamızın üzvü həmin liqada çıxış edən komandalardan biri ilə hazırda danışıqları davam etdirir. Riçardın Azərbaycanda qalmayacağı dəqiqləşib. Təcrübəli futbolçunun ailəsi artıq Azərbaycanı tərk edib və hazırda Braziliyadadır. Kubokun final görüşündən sonra isə Almeyda özü də uzun illərdən Braziliyaya qayıdacaq. 

Diakabi isə yeni komanda üçün menecerinə qışdan bu yana tapşırıq verib. Onun yeni mövsümə yeni komandada başlayacağı da gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0