David Alaba ölkəsində ilin futbolçusu seçildi
23.12.2023 - 11:13
David Alaba ölkəsində ilin futbolçusu seçildi

David Alaba növbəti dəfə ilin futbolçusu mükafatını alıb.

Apasport.az xəbər verir ki, Avstriya millisinin kapitanı ölkəsində bu ada layiq görülüb.

Madrid “Real”ının 31 yaşlı futbolçusu ardıcıl dördüncü, karyerasında isə onuncu dəfə ən yaxşı olub. Mərkəz müdafiəçisi səsvermədə Kondar Laimer (Bavariya), Kristof Baumqartner və Nikolas Seyvaldı (hər ikisi Leypsiq) qabaqlayıb.

Qeyd edək ki, “kral klubu”nun heyətində bu mövsüm 17 matçda iştirak edən Alaba 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0