FIFA Qətərdə keçiriləcək dünya çempionatında yenilik etmək istəyir.
Apasport.az saytının məlumatına görə, ali futbol qurumu qarşılaşmaların keçiriləcəyi stadionların paltardəyişmə otaqlarına kameralar quraşdırılmasını nəzərdən keçirir.
Matçlar zamanı paltardəyişmə otaqlarından görüntülər canlı və ya bir qədər gecikmə ilə yayımlana bilər. Məsələ ilə bağlı qərar turnirin startına bir neçə gün qalmış veriləcək.
Eyni zamanda, FIFA tamaşaçıları futbolçulara yaxınlaşdırmaq üçün oyunlar zamanı videoçəkilişin yeni üsullarını axtarır.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.